Qızıl və avro ucuzlaşıb

Qızıl və avro ucuzlaşıb Qərbin əksər fond indeksləri yüksəlib
Maliyyə
11 Dekabr , 2015 09:17
Qızıl və avro ucuzlaşıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,47% bahalaşaraq 17 574,75 bənd, S&P 500 0,23% irəliləyərək 2 052,23 bənd, Nasdaq isə 0,44% artaraq 5 045,17 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,63% ucuzlaşaraq 6 088,05 bənd, Fransa CAC-40-ı 0,05% azalaraq 4 635,06 bənd, Almaniya DAX-ı isə 0,06% irəliləyərək 10 598,93 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti son bir gündə 0,72% azalaraq 1 066,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0936 (-0,65%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi