Qızıl və avro bahalaşır

Qızıl və avro bahalaşır ABŞ fond indeksləri artıb, Avropa indeksləri isə azalıb
Maliyyə
25 Noyabr , 2015 09:26
Qızıl və avro bahalaşır

Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,11% bahalaşaraq 17 812,19 bənd, S&P 500 0,12% irəliləyərək 2 089,14 bənd, Nasdaq isə 0,01% artaraq 5 102,81 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% ucuzlaşaraq 6 277,23 bənd, Fransa CAC-40-ı 1,41% ucuzlaşaraq 4 820,28 bənd, Almaniya DAX-ı isə 1,43% geriləyərək 10 933,99 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,63% artaraq 1 077,30 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0656 (+0,31%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi