Qızıl və avro bahalaşır

Qızıl və avro bahalaşır Qərb fond indeksləri fərqli dinamika nümayiş etdirir
Maliyyə
5 Fevral , 2015 09:32
Qızıl və avro bahalaşır

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksində 0,04% artım müşahidə edilib və 17 673,02 bənd təşkil edib. S&P 500 0,42% azalaraq 2 041,51 bəndə, Nasdaq isə 0,23% ucuzlaşaraq 4 716,70 bəndə bərabər olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 4-də FTSE 100 indeksi 0,17% azalaraq 6 860,02 bəndədək, Almaniya DAX-ı 0,19% bahalaşaraq 10911,32 bəndədək qalxıb. Fransa CAC-40-ı isə 0,39% artaraq 4 696,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,51% bahalaşaraq 1 271,90 dollara olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1446 (+0,6%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi