​Qızıl ucuzlaşmaqda davam edir

​Qızıl ucuzlaşmaqda davam edir Əksər qərb indeksləri azalıb
Maliyyə
2 Oktyabr , 2015 09:38
​Qızıl ucuzlaşmaqda davam edir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,08% ucuzlaşaraq 16 272,01 bənd, S&P 500 0,20% artaraq 1 923,82 bənd, Nasdaq isə 0,15% yüksələrək 4 627,09 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% bahalaşaraq 6 072,47 bənd, Fransa CAC-40-ı 0,65% azalaraq 4 426,54 bənd, Almaniya DAX-ı isə 1,57% ucuzlaşaraq 9 509,25 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% ucuzlaşaraq 1 111,20 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1180 (-0,13%) təşkil edib.

İngilis versiyası Gold decreased in markets

Son xəbərlər

Orphus sistemi