Yuxarı

Qızıl tədricən bahalaşır

Avronun dollara qarşı məzənnəsi isə 1,0828-ə düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Yanvarın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,58% ucuzlaşaraq 1 7 148,94 bənd, S&P 500 1,53% geriliyərək 2 012,66 bənd, Nasdaq isə 2,08% azalaraq 4903,09 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,39% ucuzlaşaraq 6 093,43 bənd, Fransa CAC-40-ı 2,47% azalaraq 4 522,45 bənd təşkil edib. Almaniya DAX-ı isə 4,28% geriləyərək 10 283,44 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 15,2 ABŞ dolları və ya 1,43% bahalaşaraq 1 076,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0828 (-0,92%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi