Qızıl sürətlə ucuzlaşır

Qızıl sürətlə ucuzlaşır Avronun dollara qarşı məzənnəsi isə 1,0995-ə enib
Maliyyə
8 İyul , 2015 09:20
Qızıl sürətlə ucuzlaşır

Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,53% artaraq 17 776,91 bənd, S&P 500 0,61% bahalaşaraq 2 081,34 bənd, Nasdaq isə 0,11% irəliləyərək 4 997,46 bənd təşkil edir.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,58% ucuzlaşaraq 6 432,21 bənd, Fransa CAC-40-ı 2,27% azalaraq 4 604,64 bənd, Almaniya DAX-ı isə 1,96% geriləyərək 10 676,78 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 14,3 dollar yaxud 1,23% ucuzlaşaraq 1 152,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0995 (-0,35%) təşkil edib.

İngilis versiyası Gold price sharply reduces

Son xəbərlər

Orphus sistemi