Yuxarı

Qızıl son bir həftənin minimal səviyyəsinə geriləyib

Qızılın qiymətinin 2018-ci ildən sonra 1 000 dollar/unsiyaya düşməsi gözlənilir

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-da keçən həftə açıqlanan məşğulluq göstəricisinin 180 min nəfər olan proqnozları kifayət qədər üstələyərək 255 min nəfərə çatmasından sonra Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2016-cı ildə artıracağı ilə bağlı ehtimalları gücləndirib və bu amil qızılın qiymətinin azalmasına səbəb olub. 

"Report" xəbər verir ki, məşğulluq göstəricisinin açıqlanmasından sonra qızılın qiyməti 1 366 dollar/unsiyadan 2,4% azalaraq 1 333,70 dollar/unsiyaya kimi geriləyib və hazırda 1 341 dollarda sabitləşib. Xatırladaq ki, məşğulluq göstəricisinin açıqlanmasından sonra "Bloomberg" agentliyinin bu ilin dekabr ayında uçot dərəcəsinin artırılması ehtimalını 47%-ə yüksəldib. Qeyd edək ki, avqustun 4-də bu ehtimal 37% təşkil edib. 

Sinqapurun "IG Asia Pte" broker şirkətinin strategiyalar üzrə mütəxəssisi Bernard Av istiqrazların hələ də yüksək gəlir gətirmədiyi və hətta mənfi faizlərin tətbiq olunduğu maliyyə bazarlarındakı konyunkturda qızılın qiymətinin ilin qalan hissəsində artacağını proqnozlaşdırır. FES-in bu il uçot dərəcəsini artıracağına dair gözləntilər möhkəmlənərsə, bu artım qızlın qiymətinin azalmasına yol açmayacaq. Onun fikrincə, qızılın qiymətində keçən həftə baş verən azalma investorların qızıl alətinə sərmayələrini artırmasına səbəb ola bilər.

"Report"un analitik qrupu isə hesab edir ki, qızılın qiyməti qısa və orta müddətdə 1 200-1 400 dollar/unsiya diapazonunda qalacaq. Daha sonra, 2018-2019-cu illərdə ABŞ-da uçot dərəcəsinin ehtimal olunan 2% həddini keçməsi isə qızılın unsiyasının 1000 dollara kimi geriləməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi