Dünya bazarında qızıl ucuzlaşıb

Dünya bazarında qızıl ucuzlaşıb Amerika fond indeksləri bahalaşıb
Maliyyə
20 Oktyabr , 2015 09:36
Dünya bazarında qızıl ucuzlaşıb

Bakı. 20 oktyabr.REPORT.AZ/ Oktyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,08% bahalaşaraq 17 230,54 bənd, S&P 500 0,03% artaraq 2 033,66 bənd, Nasdaq isə 0,38% irəliləyərək 4 905,47 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% ucuzlaşaraq, 6 352,33 bənd, Fransa CAC-40-ı 0,03% irəliləyərək, 4 704,07 bənd, Almaniya DAX-ı isə 0,59% artaraq 10 164,31 bənd təşkil edib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,36% ucuzlaşaraq 1 168,60 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1335 (+0,07%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi