Qızıl bahalaşıb

Qızıl bahalaşıb Qızılın bir unsiyasının qiyməti 1 690 ABŞ dollarına ötərək fevralın 19-da qeyd olunmuş maksimumu yeniləyib.
Maliyyə
24 Fevral , 2020 15:58
Qızıl bahalaşıb
Pexels.com

Qızılın bir unsiyasının qiyməti 1 690 ABŞ dollarına ötərək fevralın 19-da qeyd olunmuş maksimumu yeniləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Nyu-Yorkun Comex birjasındakı hərracda qızıl 2,52% bahalaşaraq 1 690,2 ABŞ dolları səviyyəsində bərqərar olub, hərrac əsnasında arada 1 691,7 ABŞ dollarınadək yüksəlib.

Həmçinin gümüş də 1,7% bahalaşaraq 18,84 ABŞ dollarına satılıb.

Qeyd edək ki, fevralın 19-da qızılın qiyməti 1 600 ABŞ dolları həddini aşaraq 2013-cü ilin əvvəlindən etibarən ən yüksək həddə çatmışdı. Bu bahalaşmanın koronavirusun dünya iqtisadiyyatı üzərində fəsad törədəcəyi ilə bağlı gözləntilərdən irəli gəldiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi