​Qızıl bahalaşıb, avro ucuzlaşıb

​Qızıl bahalaşıb, avro ucuzlaşıb Qərbin əksər fond indeksləri yüksəlib
Maliyyə
3 Mart , 2016 09:31
​Qızıl bahalaşıb, avro ucuzlaşıb

Bakı. 3 mart. REPORT.AZ/ Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,20% bahalaşaraq 16 899,32 bənd, S&P 500 0,41% artaraq 1 986,45 bənd, Nasdaq isə 0,29% irəliləyərək 4 703,42 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% ucuzlaşaraq 6 147,06 bənd, Fransa CAC-40-ı 0,41% artaraq 4 424,89 bənd, Almaniya DAX-ı isə 0,61% irəliləyərək 9 776,62 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 11,20 dollar yaxud 0,91% bahalaşaraq 1 239,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0858 (-0,01%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi