Qızıl 18 dollar ucuzlaşıb

Qızıl 18 dollar ucuzlaşıb Avronun dollara qarşı məzənnəsi isə 1,0859-a düşüb
Maliyyə
2 Mart , 2016 09:22
Qızıl 18 dollar ucuzlaşıb

Bakı. 2 mart. REPORT.AZ/ Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,11% bahalaşaraq 16 865,08 bənd, S&P 500 2,39% artaraq 1 978,35 bənd, Nasdaq isə 2,89% irəliləyərək 4 689,59 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,92% bahalaşaraq 6 152,88 bənd, Fransa CAC-40-ı 1,22% artaraq 4 406,84 bənd, Almaniya DAX-ı isə 2,34% irəliləyərək 9 717,16 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 17,90 dollar yaxud 1,44% ucuzlaşaraq 1 228,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0859 (-0,21%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi