Yuxarı

​Qızılın ucuzlaşması davam edir

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0946-ya düşüb

Bakı. 31 iyul. REPORT.AZ/ İyulun 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,03% azalaraq 17 745,98 bənd, S&P 500 0,001% bahalaşaraq 2 108,63 bənd, Nasdaq isə 0,33% irəliləyərək 5 128,79 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,57% irəliləyərək 6 668,87 bənd, Fransa CAC-40-ı 0,58% artaraq 5 046,42 bənd, Almaniya DAX-ı isə 0,40% bahalaşaraq 11 257,15 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,66% ucuzlaşaraq 1 084,30 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0946 (-0,24%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi