Qiymətli Kağızlar üzrə ​Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib

Qiymətli Kağızlar üzrə ​Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib Sənədlər Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
Maliyyə
8 Yanvar , 2016 17:31
Qiymətli Kağızlar üzrə ​Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib

Bakı. 8 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Mülki Məcəllənin 997.4-cü maddəsinə müvafiq olaraq “Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu Qayda depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydasını müəyyən edir.

QKDK tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” qanunun 78.5-ci, 80.8-ci, 81.6-cı, 82.1-ci və 82.3-cü maddələrinə müvafiq olaraq “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar qiymətli kağızlar bazarında sui-istifadələrin müəyyən edilməsi və qarşısının alınması qaydasını, insayd məlumatın açıqlanmasını və təqdim edilməsini, insayder siyahısının tərtib edilməsinə dair tələbləri, insayderlərin qiymətli kağızları kütləvi təklif edilib və tənzimlənən bazarda ticarətə buraxılmış aid olduğu emitentlərin səhmləri ilə və ya baza aktivinin həmin səhmlərdən ibarət olan törəmə maliyyə alətləri ilə bağladığı əqdlər barədə məlumatın açıqlanması və insayder tərəfindən bağlanmış əqdlər haqqında məlumatın təqdim edilməsi qaydalarını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi