“Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik edilir

“Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik edilir İnvestor bəzi hallarda emissiya prospektinin tərtib edilməsindən azad olunucaq
Maliyyə
11 Noyabr , 2016 12:18
“Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik edilir

Bakı. 11 noyabr. REPORT.AZ/ “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə emitentin emissiya prospektinin tərtib edilməsindən azad edilməsində dəyişiklik edilir. Belə ki, dəyişikliyə əsasən, hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olduqda emitent emissiya prospektinin tərtib edilməsindən azaddır.

Hazırda isə hər bir investor üçün təklif edilən investisiya qiymətli kağızlarının dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən çox olmadıqda emitent emissiya prospektinin tərtib edilməsindən azad edilir.

Müzakirələrdən sonra dəyişiklər təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi