Yuxarı

Qısamüddətli dövlət istiqrazları üzrə gəlirlilik 9,9%-ə yaxınlaşıb

Maliyyə Nazirliyi birjada qısamüddətli dövlət istiqrazlarının daha 10 mln. manatlıq tranşını yerləşdirib

Bakı. 9 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101008511 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,419 mln. manat təşkil edib. Sifarişlər 96,4427 (14,9999%)-98,4029 AZN (6.6002%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97,5999 AZN (10,0004%), ortaölçülmüş qiyməti 97,6306 AZN (9,8694%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 10 avqust 2016-cı il (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 8 noyabr 2016-cı ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi