Yuxarı

Ötən ay qeyri-rezidentlərin Rusiya səhmlərində depozitləri rekord həddə çatıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında qeyri-rezidentlər 37,8 mlrd. rubl məbləğində Rusiya səhmləri əldə ediblər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rəqəm son beş ildə qeydə alınan rekord göstəricidir.

Mərkəzi Bankın yaydığı “Bank sektoru və maliyyə bazarının likvidliyi” hesabatını tərtib edənlər qeyd ediblər ki, Moskva birjasının rubl indeksi yanvar ayında 6,4% artaraq tarixi maksimuma, dollar indeksi MSCI Russia isə 13,2% artaraq ötən ilin aprel ayındakı səviyyəyə yüksəlib.

“Birja məlumatlarına əsasən, qeyri-rezidentlər 37,8 mlrd. rubl Rusiya səhmləri əldə ediblər ki, bu da son beş ilin rekordudur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi