Yuxarı

Qeyri-rezidentlər Türkiyədə bir həftəyə 1,1 mlrd. dollarlıq qiymətli kağızlar satıblar

Qeyri-rezidentlər Türkiyədə bir həftəyə 1,1 mlrd. dollarlıq qiymətli kağızlar satıblar

1084

Onların aktivləri 50 mlrd. dollardan aşağı düşüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyədə 4-10 noyabr həftəsində qeyri-rezidentlər 1,1 mlrd. dollara yaxın həcmdə aktivlər satıblar. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu məlumat Türkiyə Mərkəzi Bankının (TCMB) statistik hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, qeyri-rezidentlər hesabat həftəsində ümumi həcmi 1 078,6 mlrd. dollar olmaqla 513,6 mln. dollarlıq səhm, 532,6 mln. dollarlıq dövlət qiymətli kağızları və 32,4 mln. dollarlıq özəl sektor istiqrazlarını satıblar.

Bununla da hesabat həftəsinin sonunda qeyri-rezidentlərin İstanbul Fond Birjasında səhm portfelinin həcmi 2 518,4 mln. dollar və ya 4,96% azalaraq 48 291,6 mln. dollara geriləyib. Geriləmənin artmasına səbəb fond indeksinin həftə ərzində azalması olub.

Qeyri-rezidentlərin dövlət qiymətli kağızlar portfeli isə hesabat həftəsində 1 252,9 mln. dollar və ya 4,03% azalaraq 29 819,9 mln. dollara enib. Azalmanın bir qədər çox artmasına səbəb Türkiyədə faizlərin yüksəlməsi amili olub.

Özəl sektor qiymətli kağızları isə 32,4 mln. dollar və ya 3,3% azalaraq 947,8 mln. dollara geriləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi