Azərbaycanda qeyri-həyat sığortası bazarı 9% artıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı 9% artıb Bu bazarda ödənişlər isə illik müqayisədə 6% azalıb
Maliyyə
20 Sentyabr , 2016 13:58
Azərbaycanda qeyri-həyat sığortası bazarı 9% artıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 250,8 mln. manatı və ya 70,4%-i qeyri-həyat sığortasının payına düşüb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası bazarı 8,6% böyüyüb.

"Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi xəbərə görə, könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik müqayisədə 6,3% artaraq 146,3 mln. manat, icbari qeyri-həyat sığortası üzrə yığımlar isə 12,1% artaraq 104,5 mln. manata yüksəlib.

Könüllü sığorta növləri arasında sığorta haqları tibbi sığortada 16,9% artaraq 58,6 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 27,6% artaraq 26,4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortasında 26% azalaraq 15,2 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortasında 9,4% artaraq 11,7 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası nda 26% artaraq 19,1 mln. manat, kredit sığortasında 148 dəfə azalaraq 3,8 mln. manat, qarşıq maliyyə risklərinin sığortasında isə 5,3 dəfə azalaraq 1 560 manat təşkil edib.

İcbari sığorta növləri arasında isə sığorta haqları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 10,1% artaraq 58 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 17,1% azalaraq 220 min manat, daşınmaz əmlakın icbari sığortasında 8,7% azalaraq 18,7 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortasında 25% azalaraq 63 mln. manat təşkil edib.

Hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlər isə illik müqayisədə 5,9% artaraq 88,3 mln. manata yüksəlib. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 4,2% azalaraq 53,9 mln. manat, icbari qeyri-həyat sığortası üzrə ödənişlər isə 26,9% artaraq 34,4 mln. manat olub.

Könüllü sığorta növlərindən tibbi sığorta üzrə ödənişlər 21,6% artaraq 40,4 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında ödənişlər 2,8 dəfə azalaraq 1,7 mln. manat, avtonəqliyyat vasitələrinin sığortasında ödənişləri 40,3% azalaraq 9,7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortasında ödənişləri isə 200 min manat təşkil edib.

İcbari sığorta növləri arasında isə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər 41,4% artaraq 1 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 54,2 dəfə artaraq 48,6 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə 18,2% artaraq 25,2 mln. manat olub.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 35 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 36 manat olub. 

Son xəbərlər

Orphus sistemi