Azərbaycanın icbari qeyri-həyat sığortası bazarı 5% artıb

Azərbaycanın icbari qeyri-həyat sığortası bazarı 5% artıb Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası bazarı 18% azalıb
Maliyyə
5 Yanvar , 2017 15:26
Azərbaycanın icbari qeyri-həyat sığortası bazarı 5% artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2016-cı il ərzində icbari qeyri-həyat sığorta növləri üzrə ümumilikdə 1 152 066 ədəd sığorta müqaviləsi üzrə 106 076 363,62 manat məbləğində sığorta haqqı yığılıb.

"Report"un verdiyi xəbərə görə, 2015-ci il ilə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 6,8%, sığorta haqlarının məbləğində isə 4,8% artım müşahidə edilib.

Hesabata əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar illik 1,51% artaraq 2016-ci ildə 25 175 705,6 manata çatıb. Bu müddətdə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası bazarı 17,9% azalaraq 271 230 manat olub.

Sərnişinlərin icbari fərdi qəza sığortası 28,7% azalaraq 96 953 manat təşkil edib. Qeyd edək ki, 2016-cı ildə 10 514 "Yaşıl Kart" sığorta müqaviləsi üzrə 768 684 manat məbləğində sığorta haqqı yığılıb.

Son xəbərlər

Orphus sistemi