Qeyri-bank kredit təşkilatları kreditləşməni azaldıb

Qeyri-bank kredit təşkilatları kreditləşməni azaldıb Məcmu kreditlərin 61,3%-i və ya 12,4 mlrd. manatı özəl banklar tərəfindən verilib
Maliyyə
12 Sentyabr , 2015 12:28
Qeyri-bank kredit təşkilatları kreditləşməni azaldıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda qeyri-bank kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşu azalmağa başlayıb. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu təşkilatlar tərəfindən kreditləşmə iyul ayı ərzində 0,78% və ya 4,6 mln. manat azalaraq cari il avqustun 1-nə 586,0 mln. manat təşkil edib. 

Hesabata əsasən, ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunda qeyri-bank təşkilatlarının xüsusi çəkisi 2,9% səviyyəsində qalıb. Məcmu kreditlərin 61,3%-i və ya 12,4 mlrd. manatı özəl banklar, o cümlədən, 5,8 mlrd. manatı xarici kapitallı banklar tərəfindən verilib.

Qeyd edək ki, cari il avqustun 1-nə əsasən, ölkə iqtisadiyyatına kredit qoyuluşu 20 mlrd. 187,5 mln. manat olub ki, bunun da 6,4% və ya 1 mlrd. 294,8 mln. manatının vaxtı keçib. Beləliklə, cari ilin ötən dövrü ərzində ilk dəfə olaraq iyul ayında problemli kreditlərin cəmi kredit qoyuluşlarındakı xüsusi çəkisində azalma qeydə alınıb. 

Məcmu kredit qoyuluşunun 38,5%-i və ya 7 769,9 mln. manatı ev təsərrüfatlarına yönəldilib. Nəticədə aylıq müqayisədə 1,46% azalma müşahidə olunsa da, kreditlərin həcmi illik müqayisədə 11,22%, ilin əvvəlindən isə 0,5% artıb.

Ev təsərrüfatlarına istiqamətlənən kreditlərin 1 351,5 mln. manatı ipoteka kreditləri də daxil olmaqla, daşınmaz əmlakın tikintisinə və alınmasına verilib. Bu kreditlərin həcmində aylıq müqayisədə 0,87% azalma, ilin əvvəlindən 10,86%, illik müqayisədə isə 35,20% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi