Qətərdə dollar böhranı yaranmağa başlayır

Qətərdə dollar böhranı yaranmağa başlayır Rialın məzənnəsi son 15 ilin maksimal həddinə çatıb
Maliyyə
15 İyun , 2017 13:59
Qətərdə dollar böhranı yaranmağa başlayır

Bakı. 15 iyun. REPORT.AZ/ Qətərin maliyyə sistemində dollar qıtlığı yaranıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, artıq bir neçə Qətər bankı dollar əmanətləri üzrə faiz dərəcələrini yüksəldib. Qeyd edək ki, Qətər bir müddət əvvəl siyasi səbəblərdən başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb ölkələrinin embarqosuna məruz qalıb. Əgər banklararası kredit bazarında 5 iyuna qədər kredit faizlərinin dərəcəsi LİBOR+0,2% idisə, hazırda premiya 1%-dək yüksəlib.

İnvestorlar Qətər aktivlərini sataraq milli valyuta - riala qarşı spekulyativ mövqe alıblar. Qeyd edək ki, rialın 12 aylıq forvard kontraktları iyunun 11-i ilə müqayisədə 588 baza bəndi artıb. Bu, 2001-ci ildən etibarən ən yüksək hədd sayılır.

Xatırladaq ki, hazırda QAR/USD məzənnəsi son 15 ilin ən yüksək göstəricisinə çataraq 3,6650 səviyyəsində qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi