Qərbin fond indeksləri yüksəlib

Qərbin fond indeksləri yüksəlib Qızılın ucuzlaşması davam edir, ​avro isə dollara qarşı bahalaşıb
Maliyyə
21 May , 2016 09:16
Qərbin fond indeksləri yüksəlib

Bakı. 21 may. REPORT.AZ/ Mayın 20-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,38% bahalaşaraq 17 500,94 bənd, "S&P 500" indeksi 0,60% artaraq 2 052,32 bənd, "Nasdaq" isə 1,21% irəliləyərək 4 769,56 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,70% bahalaşaraq 6 156,32 bənd, Fransa "CAC-40"-ı 1,67% artaraq 4 353,90 bənd, Almaniya DAX-ı isə 1,23% irəliləyərək 9 916,02 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,17% azalıb və 1 252,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1224 (+0,21%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi