Yuxarı

Qərbin əksər fond indeksləri artıb

Qızılın qiyməti 1 231,1 dollar/unsiyaya, avronun məzənnəsi isə 1,1320 dollara çatıb

Bakı. 31 mart. REPORT.AZ/ Martın 30-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,47% bahalaşaraq 17 716,66 bənd, "S&P 500" 0,44% artaraq 2 063,95 bənd, "Nasdaq" isə 0,47% irliləyərək 4 869,29 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,59% bahalaşaraq 6 203,17 bənd, Fransa CAC-40-ı 1,78% artaraq 4 444,42 bənd, Almaniya DAX-ı isə 1,60% irəliləyərək 10 046,61 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,45% bahalaşaraq 1 231,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1320 (+0,18%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi