​Əksər Qərb indekslərində kəskin ucuzlaşma müşahidə edilib

​Əksər Qərb indekslərində kəskin ucuzlaşma müşahidə edilib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1775 (-0,1%) olub
Maliyyə
15 Yanvar , 2015 09:39
​Əksər Qərb indekslərində kəskin ucuzlaşma müşahidə edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksində 1,06% azalma müşahidə edilib və 17 427,09 bənd təşkil edib. S&P 500 0,58% azalaraq müvafiq olaraq 2 011,27 bəndə və Nasdaq isə 0,48% azalaraq 4 639,32 bəndə düşüb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 14-də FTSE 100 indeksi 2,35% azalaraq 6 388,46 bəndədək, Almaniya DAX-ı 1,25% artaraq 9 817,08 bəndədək, Fransa CAC-40-ı isə 1,56% azalaraq 4 223,24 bəndə çatıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,21% bahalaşaraq 1 231,40 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1775 (-0,1%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi