Bakı. 1 dekabr. REPORT.AZ/ Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,43% ucuzlaşaraq 17 721,13 bənd, S&P 500 0,46% geriləyərək 2 080,45 bənd, Nasdaq isə 0,37% artaraq 5 108,7 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,3% ucuzlaşaraq 6 356,09 bənd, Fransa CAC-40-ı 0,56% bahalaşaraq 4 957,60 bənd, Almaniya DAX-ı isə 0,78% irəliləyərək 11 382,23 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 063,70 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0583 (-0,22%) təşkil edib.