​Qərb indeksləri bahalaşıb

​Qərb indeksləri bahalaşıb Dünya bazarında avronun məzənnəsi isə 1,0936 dollara enib
Maliyyə
24 Dekabr , 2015 09:26
​Qərb indeksləri bahalaşıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,06% bahalaşaraq 17 602,61 bənd, S&P 500 1,24% irəliləyərək 2 064,29 bənd, Nasdaq isə 0,90% artaraq 5 045,93 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,60% bahalaşaraq 6 240,98 bənd, Fransa CAC-40-ı 2,34% artaraq 4 674,53 bənd, Almaniya DAX-ı isə 2,28% irəliləyərək 10 727,64 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% ucuzlaşaraq 1 073,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0936 (-0,02%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi