Yuxarı

Qərb fond indekslərinin qiymətində dalğalanma müşahidə edilir

Qızıl və avro isə yenidən ucuzlaşıb

Bakı. 6 may. REPORT.AZ/ Mayın 5-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,05% bahalaşaraq 17 660,71 bənd, "S&P 500" indeksi 0,02% azalaraq 2 050,63 bənd, "Nasdaq" isə 0,18% geriləyərək 4 717,09 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksin 0,09% bahalaşaraq 6 117,25 bənd, Fransa "CAC-40"-ı 0,11% azalaraq 4 319,46 bənd, Almaniya DAX-ı isə 0,24% irəliləyərək 9 851,86 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% azalıb və 1 280,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1405 (-0,73%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi