Qərb fond indeksləri fərqli dinamika nümayiş edib

Qərb fond indeksləri fərqli dinamika nümayiş edib Qızıl və avro bahalaşıb
Maliyyə
25 Dekabr , 2015 09:17
Qərb fond indeksləri fərqli dinamika nümayiş edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% ucuzlaşaraq 17 559,17 bənd, S&P 500 0,16% geriləyərək 2 060,99 bənd, Nasdaq isə 0,05% artaraq 5 048,49 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,22% bahalaşaraq 6 254,64 bənd, Fransa CAC-40-ı,0,24% azalaraq 4 663,18 bənd, təşkil edib. Almaniya DAX-ı isə dəyişməz qalaraq isə 10 727,64 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% bahalaşaraq 1 075,85 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0967 (+0,28%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi