Yuxarı

​Qərb fond indeksləri artıb

Qızıl və avro isə ucuzlaşıb

Bakı. 5 may. REPORT.AZ/ Mayın 4-də Amerika fond bazarında Dow Jones indeksində 0,26% artım müşahidə olunub və 18 070,40 bənd təşkil edib. S&P 500 0,29% irəliləyərək 2 114,49 bənd, Nasdaq isə 0,23% artaraq 5 016,93 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,36% irəliləyərək 6 985,95 bənd, Almaniya DAX-ı 1,44% artaraq 11 619,85 bənd, Fransa CAC-40-ı isə 0,70% yüksələrək 5 081,97 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,09% azalaraq 1 185,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1140 (-0,05%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi