QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq

QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə
14 Dekabr , 2018 11:22
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
maliyye.gov.az
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın 2019-2022-ci illər üzrə Orta müddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,3 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 339 milyon avro məbləğində kredit ayırıb. 

Son xəbərlər

Orphus sistemi