Yuxarı

​Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlanıb

Buna səbəb kimi milli valyutanın - tengenin devalvasiyası göstərilib

Bakı. 20 avqust. REPORT.AZ/ Qazaxıstanın Almatı, Kostanay, Kokşetau, Şımkent və başqa şəhərlərində valyutadəyişmə məntəqələri bağlanıb. "Report" Qazaxıstanın "Tengrinews" saytına istinadən xəbər verir ki, buna səbəb kimi ölkənin milli valyutasının - tengenin devalvasiyaya uğraması göstərilib.

Qeyd edək ki, bu gün səhər Qazaxıstan Valyuta Birjasında (KASE) tengenin orta çəkili məzənnəsi 35,5% düşərək bir dollar 255,26 tenge təşkil edib. Halbuki ötən gün bir dollar 188,8 tengeyə dəyişdirilib.

Qazaxıstanın baş naziri Kərim Məsimov milli valyutanın sərbəst məzənnəyə əsaslanan yeni pul-kredit siyasəti həyata keçirməyə başladığını elan edib və valyuta dəhlizinin ləğv olunduğunu bildirib.

Cari il iyulun ortalarında Milli Bank tengenin mübadilə məzənnəsinin dəhlizini 1 dollar üçün 170-188 tengedən 170-198 tengeyə qədər genişləndirib. Bunu xarici konyukturanın pisləşməsi və ilk növbədə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əsaslandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi