Qazaxıstanda problemli kreditlər 25-30% təşkil edir

Qazaxıstanda problemli kreditlər 25-30% təşkil edir "Standard & Poor's": Kommersiya bankları balanslarını təmizləməlidir
Maliyyə
14 Mart , 2017 12:53
Qazaxıstanda problemli kreditlər 25-30% təşkil edir

Bakı. 14 mart. REPORT.AZ/ "Qazaxıstanda rəsmi statistikada göstərilən problemli kredit göstəricisi həqiqəti əks etdirmir. Problemli və restrukturizasiya edilmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 25-30%-ə çata bilər". "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub. 

Agentlik Qazaxıstanın bank sektorunun çətin dövrdən keçdiyini və bankların balansının əsaslı təmizlənməsinə ehtiyac duyulduğunu bildirir. Xatırladaq ki, Qazaxıstan Mərkəzi Bankının rəsmi hesabatında 2016-cı ilin əvvəlindən 2017-ci il fevralın 1-nə qədər problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 8%-dən 7,2%-ə düşüb. Agentliyin ekspertlərinin sözlərinə görə, rəsmi statistikada problemli kreditlərin azalması onların restrukturizasiyası və hüquqi şəxslərə ötürülməsi ilə bağlı olub. Belə ki, ölkənin milli mühasibatlıq hesablarına əsasən, hüquqi şəxslərə ötürülən məbləğ konsolidə olunmur. Analitiklərin fikrincə, bu addımın atılmasına səbəb Qazaxıstan Mərkəzi Bankı tərəfindən banklara normativ kimi tətbiq edilən problemli kreditlərin məcmu kredit portfelində maksimum payının 10% səviyyəsində məhdudlaşdırılması ilə bağlıdır.

Hesabatda, həmçinin bildirilir ki, banklar balansını təmizləməsələr, bu sektorda sabitlik yaranmayacaq.

Son xəbərlər

Orphus sistemi