​Qazaxıstanda dolların məzənnəsi tarixi maksimuma çatıb

​Qazaxıstanda dolların məzənnəsi tarixi maksimuma çatıb Bu gün səhər dolların satış məzənnəsi 300 tenge həddini keçib
Maliyyə
5 Noyabr , 2015 11:20
​Qazaxıstanda dolların məzənnəsi tarixi maksimuma çatıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Qazaxıstandakı valyutadəyişmə məntəqələrində bu gün dolların satış məzənnəsi 301 tengeyə çatıb. "Report"un "RİA-Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, tengenin bu gün səhər saatlarında birja məzənnəsi isə 298,92 tenge/dollar olub. Qeyd edək ki, dünənki hərracda tengenin orta məzənnəsi 284,28 tenge/dollar təşkil edib.

Bununla da tenge 16 sentyabrdakı maksimal məzənnəsi olan 284,6 tenge/dolları keçərək yeni tarixi maksimal həddə çatıb. Bu gün səhər saatlarında dolların satışı ilə bağlı əqdlər 300 tengedən həyata keçirilib və ümumilikdə 100,8 mln. dollar həcmində əqd bağlanıb. Bu da, dünənə nisbətən 10,3 mln. dollar çoxdur. Valyutadəyişmə məntəqələrində isə ötən gün 288-289 tengeyə satılan dollar bu gün daha 12-13 tenge bahalaşıb.

Qeyd edək ki, 2015-ci il avqustun 20-də Qazaxıstan monetar siyasətində dəyişiklik edərək valyuta dəhlizi rejimindən imtina edərək üzən məzənnə rejiminə keçib. Bu qərardan sonra tenge 26% ucuzlaşıb və məzənnə 255,26 tenge/dollara çatıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq və valyuta ehtiyatlarını qorumaq üçün başqa alternativ yoxdur.

Son xəbərlər

Orphus sistemi