Qazaxıstan uçot dərəcəsini azaldıb

Qazaxıstan uçot dərəcəsini azaldıb Baza ssenarisi çərçivəsində faizlərin azaldılması prosesi davam edə bilər
Maliyyə
5 İyun , 2017 16:31
Qazaxıstan uçot dərəcəsini azaldıb

Bakı. 5 iyun. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı bu gün, iyunun 5-də keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi endirərək 10,5% həddində təsdiqləyib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Mərkəzi Bankı tərəfindən yayılıb.

Bankdan verilən məlumatda həmçinin deyilir ki, ölkə iqtisadiyyatının sürətli bərpası və artan məcmu tələb fonunda inflyasiya riskləri o qədər də yüksək deyil: "Neftin qiyməti 50 dollar/barel səviyyəsində qalacağı təqdirdə iqtisadiyyatın baza ssenarisinin həyata keçirilməsi yaxın 12 aylıq perspektivdə uçot dərəcəsinin azaldılmasını istisna etmir". 

Son xəbərlər

Orphus sistemi