Qazaxıstan sentyabrda banklara 1,8 mlrd. dollar yardım edəcək

Qazaxıstan sentyabrda banklara 1,8 mlrd. dollar yardım edəcək Kommersiya banklarının proqramda iştirakı könüllü olacaq
Maliyyə
10 Avqust , 2017 18:01
Qazaxıstan sentyabrda banklara 1,8 mlrd. dollar yardım edəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı sentyabr ayından banklara 600 mlrd. tenge (1,8 mlrd. ABŞ dolları) həcmində dövlət yardımı etməyi planlaşdırır. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Banklara nəzarət Departamentinin müdiri Oljas Kizatov bildirib.

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Bankı bu il 33 bankın stress-testini keçirib və məlum olub ki, iyul ayının 1-nə onların problemli kreditlərinin həcmi məcmu kredit portfelinin 11%-nə bərabərdir. Kizatov bildirib ki, "bilirik ki, reallıqda bu məbləğ daha çoxdur."

Banklara yardım proqramı 15 il müddətinə nəzərdə tutulub və könüllü surətdə həyata keçiriləcək. Həmçinin banklar bu vəsaiti geri ödəyəcək. Kizatov qeyd edib ki, proqramda kapitalı 45 mlrd. tengedən (135 mln. dollar) artıq olan banklar iştirak edəcək. 

Departament müdiri həmçinin bildirib ki, Mərkəzi Bank öz törəmə şirkəti olan Qazaxıstan Dayanıqlılıq Fondunu təsis edib. Fondun sentyabrın ortalarında qeydiyyata alınması planlaşdırılır, kapitallaşması 600 mlrd.-1 trln. tenge arasında olacaq. Fond banklardan subordinə olunmuş istiqrazları alacaq, banklar isə bu vəsaitlə Mərkəzi Bankın not və ya istiqrazlarına yatırım edəcək.

O.Kizatov qeyd edib ki, hər bir bank fərdi olaraq qiymətləndiriləcək: "Biz bankların kapitallarını dəstəkləməliyik ki, banklar problemli kreditlərini silə bilsinlər".

Son xəbərlər

Orphus sistemi