Yuxarı

Qazaxıstan milli valyutasını 36% devalvasiya edib

Valyuta dəhlizinin ləğvindən sonra dolların məzənnəsi 189-dan 255,3 tengeyə yüksəlib

Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün səhər Qazaxıstan Valyuta Birjasında (KASE) tengenin orta çəkili məzənnəsi 35,5% düşərək, 1 dollara görə 255,26 tenge təşkil edib. Halbuki bir gün əvvəl 1 dollar 188,8 tenge olub. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün Qazaxıstanın baş naziri Kərim Məsimov milli valyutanın sərbəst məzənnəyə əsaslanan yeni pul-kredit siyasəti həyata keçirməyə başladığını elan edib və valyuta dəhlizinin ləğv olunduğunu bildirib. 

Birjanın məlumatına əsasən, bu gün əməliyyatların həcmi 115,550 mln. dollar təşkil edib. 

İyulun ortalarında Milli Bank tengenin mübadilə məzənnəsinin dəhlizini 1 dollar üçün 170-188 tengedən 170-198 tengeyə qədər genişləndirib. Bunu xarici konyukturanın pisləşməsi və ilk növbədə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əsaslandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi