Yuxarı
    Bağlamaq

    Qazaxıstan milli valyutası tarixi minimuma enib

    Astana və Almatıda nağd dolların satış məzənnəsi 375,5 tengeyə yüksəlib

    Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstan Fond Birjasında səhər ticarəti nəticəsində ABŞ dollarının məzənnəsi tarixdə ilk dəfə 370 tengeni keçərək 372,58 tenge səviyyəsinə çatıb. Birjadan bildirilib ki, ümumi ticarətin həcmi 81,4 mln. dollar təşkil edib.

    "Report"un verdiyi xəbərə görə, bununla yanaşı, Astana və Almatıdakı valyutadəyişmə məntəqələrində nağd dollar 375,5 tengeyə satılır.

    Qeyd edək ki, 2015-ci il avqustun 20-də Qazaxıstan yeni iqtisadi siyasətə - üzən məzənnə rejiminə keçib. Sonuncu tarixi antirekord yanvarın 12-də qeydə alınıb və 367,61 tenge/dollara bərabər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi