Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Hazırda uçot dərəcəsi 10,5% təşkil edir
Maliyyə
17 İyul , 2017 16:40
Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 17 iyul. REPORT.AZ/ Qazaxstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişməyərək 10,5% səviyyəsində sabit saxlayıb. 

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumatda bildirilir ki, proqnoz inflyasiyanın ortamüddətli perspektivdə tədricən zəifləməsi baza uçot dərəcəsinin istər qısamüddətli, istərsə də 12-18 aylıq dövrdə real faiz həddinin iqtisadi artım templərinə uyğunlaşdırılması baxımından azaldılmasına imkan yaradır.

Qeyd edək ki, Qazaxıstanda iyun ayında illik inflyasiya 7,5% təşkil edib. İyunda Milli Bank uçot dərəcəsini 11%-dən 10,5%-ə endirib. Bankın növbəti iclası avqustun 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi