Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib Bakı. 27 noyabr. REPORT.AZ/ Qazaxıstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsni dəyişdirməyərək 10,25% səviyyəsində saxlayıb.
Maliyyə
27 Noyabr , 2017 17:15
Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib

Bakı. 27 noyabr. REPORT.AZ/ Qazaxıstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsni dəyişdirməyərək 10,25% səviyyəsində saxlayıb.

"Report" "Finmarket.ru" saytına istinadən xəbər verir ki, bu barədə Bankdan məlumat verilib.

Məlumatda bildirilir ki, uçot dərəcəsi sabit saxlanılmaqla yanaşı, faiz dəhlizi də +/-1% səviyyəsində qalıb. Qeyd edək ki, analitiklər Qazaxıstan Milli Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırmışdılar.

Bankdan verilən məlumata əsasən, sentyabrda 7,1% olan illik inflyasiya, oktyabrda 7,7%-ə çatıb: "Lakin bu, Bankın hədəflədiyi 6-8% diapazonu daxilindədir".

Xatırladaq ki, hazırda Qazaxıstanda dolların məzənnəsi 331 tenge təşkil edir. Bu, tarixi rekord həddən 15,56% aşağıdır. Tarixi rekord isə 2016-cı il yanvarın 21-də (392 KZT/USD) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi