Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının hamısını satıb

Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının hamısını satıb Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus dövlət qiymətli kağızlarının Vahid Təqaüd Yığım Fondu SC-də qalan hissəsini də satıb.
Maliyyə
24 May , 2019 15:31
Qazaxıstan fondu Azərbaycan Beynəlxalq Bankının hesabına əldə etdiyi dövlət istiqrazlarının hamısını satıb

Qazaxıstan Milli Bankı "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus dövlət qiymətli kağızlarının "Vahid Təqaüd Yığım Fondu" SC-də qalan hissəsini də satıb.

“Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir. 

Xatırladaq ki, 1 sentyabr 2032-ci il tarixinə dövriyyədə olacaq qiymətli kağızların 54,36 milyard təngəyə satılması üçün apreldə 7 saziş imzalanmışdı. Bundan əvvəl mart ayında isə Milli Bank VTTF-da Azərbaycan hökumətinə məxsus 29,8 milyard təngəlik istiqrazları satmışdı.

Həmin qiymətli kağızlar Qazaxıstan fondunun investisiya portfelinə, 2014-cü ilin oktyabr ayında ABB-də yerləşdirilmiş 250 milyon ABŞ dolları məbləğində depozitin əvəzində qəbul olunub. 2017-ci il mayın 11-də ABB müflis olmasına dair ABŞ-ın Nyu-York məhkəməsinə ərizə verib və xarici öhdəliklərinə dair ödəmələrini dayandırdığını bildirərək borc öhdəliklərinin restrukturizasiyasına dair təşəbbüs irəli sürüb. Bu borcların bütövlüklə ödənilməsini Azərbaycan hökuməti üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi