Qazax avtovağzalının səhmləri bahalaşıb

Qazax avtovağzalının səhmləri bahalaşıb Bakı Fond Birjasında “Qazax avtovağzal” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb
Maliyyə
14 Fevral , 2017 17:08
Qazax avtovağzalının səhmləri bahalaşıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Qazax avtovağzal” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə “Report”a BFB-dən məlumat verilib.

Məlumata görə, əqd müəssisənin 1 730 səhminin (bütün səhmlərinin 2,17%-nin) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominaı dəyəri 2 manat olsa da, onlar 15% baha – 2,3 manatdan alınıb-satılıb.

Xatırladaq ki, “Qazax avtovağzal” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 183288 manatdır. 

Son xəbərlər

Orphus sistemi