Qaradağ Sement Zavodunun səhmləri 3 dəfə bahalaşıb

Qaradağ Sement Zavodunun səhmləri 3 dəfə bahalaşıb Açıq bazarda səhmlərin qiyməti 67 manata çatıb
Maliyyə
2 Sentyabr , 2016 12:15
Qaradağ Sement Zavodunun səhmləri 3 dəfə bahalaşıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də "Bakı Fond Birjası" QSC-də "Holcim (Azerbaijan)" ASC-nin (Qaradağ Sement Zavodu) səhmlərinin alqı-satqısı əqdi bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd şirkətin 93 səhminin alqı-satqısını nəzərdə tutur. Səhmlər nominal dəyərindən 3,3 dəfə baha - 66,75 manata realizə edilib. Başqa sözlə, sövdələşmənin dəyəri təxminən 6 200 manat olub. Qiymətli kağızları satan və alan tərəflərin kimliyi açıqlanmır.

Xatırladaq ki, "Holcim (Azerbaijan)" şirkəti 2000-ci ilə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 20 manat olan 1 590 644 səhm əsasında formalaşıb. Səhmlərin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi