Yuxarı
    Bağlamaq

    ​Qara Dəniz Bankı Çin Bankı ilə memorandum imzalayıb

    Sənəd qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və ortaq maliyyələşdirmənin tətqiqini nəzərdə tutur

    Bakı. 4 may. REPORT. AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Çin Bankı (Mərkəzi Bank) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “Report”a BSTDB-dən məlumat verilib.

    Məlumata görə, memorandumun məqsədi iki bank arasında ümumu maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və infrastruktur, enerji və kommunikasiya sektorlarında ortaq maliyyələşdirmənin tətqiqidir.

    Qeyd edək ki, Çin Bankı 41 ölkədə müştərilərə maliyyə xidmətləri təklif edir.

    Xatırladaq ki, BSTDB Azərbaycanda bir sıra layihələri maliyyələşdirib. Sonuncu belə layihə ötən il “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində infrastruktur komponenti üzrə ortaq maliyyələşmə ilə bağlı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi