"Qala Sığorta" Yaşıl Kart sisteminin reyestrinə daxil edilib

"Qala Sığorta" Yaşıl Kart sisteminin reyestrinə daxil edilib Həmçinin, şirkət icbari avtosığorta üzrə iştirakçı sığorta şirkətlərinin Reyestrinə daxil olub
Maliyyə
29 Mart , 2016 17:02
Qala Sığorta Yaşıl Kart sisteminin reyestrinə daxil edilib

Bakı. 29 mart. REPORT.AZ/ “Qala Sığorta” ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə, eyni zamanda, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə icbari sığorta növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

"Report" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir. 

“Qala Sığorta” ASC 2015-ci ilin dekabrından İcbari Sığorta Bürosunun iştirakçıları sırasına qoşulub və “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İSB-nin iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

Son xəbərlər

Orphus sistemi