"Qala Sığorta" şirkəti İSB-yə üzv olub

"Qala Sığorta" şirkəti İSB-yə üzv olub Şirkət İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib
Maliyyə
14 Dekabr , 2015 10:51
Qala Sığorta şirkəti İSB-yə üzv olub

Bakı. 14 dekabr. REPORT.AZ/ “Qala Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları sırasına qoşulub. "Report"un Büroya istinadən verdiyi xəbərə görə, “Qala Sığorta” şirkəti “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İSB-nin iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

Bununla da, Büroya üzv şirkətlərin sayı 16-ya çatıb. Hazırda “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA Mbask”, “AzSığorta”, “Alfa Sığorta”, "Azərsığorta", “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, "Paşa Həyat Sığorta", "Qala Həyat Sığorta" və "Atəşgah Həyat Sığorta" da İSB-nin üzvüdür. 

Son xəbərlər

Orphus sistemi