"Qala Sığorta" ötən ay 156 manat sığorta haqqı toplayıb

"Qala Sığorta" ötən ay 156 manat sığorta haqqı toplayıb Bu məbləğ şirkətə yük sığortası hesabına daxil olub
Maliyyə
10 Oktyabr , 2016 10:18
Qala Sığorta ötən ay 156 manat sığorta haqqı toplayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Qala Sığorta" ASC-nin yığımları 3 730 685 manat təşkil edib. Bu barədə "Report"a Şirkətdən bildirilib.

Məlumata görə, bu, yanvar-avqust aylarının yekunu ilə müqayisədə cəmi 156 manat çoxdur. Bu məbləğ şirkətə yük sığortası hesabına daxil olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə "Qala Sığorta"nın yığımları 60 dəfə artıb. Xatırladaq ki, 2015-ci ilin yanvar-sentyabrında Şirkət 62 133 manat sığorta haqqı toplayıb.

Bu il "Qala Sığorta"nın ödənişləri olmayıb. Şirkətdə bunu sığorta hadisələrinin baş verməməsi ilə izah edirlər. Ötən ilin eyni dövründə "Qala Sığorta" 53 341 manat ödəniş edib.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi