Yuxarı
    Bağlamaq

    "Qala Sığorta" nizamnamə kapitalını artırır

    Yeni səhm emissiyası səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçiriləcək

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Qala Sığorta" ASC-nin hər birinin nominal dəyəri 23 manat olan 350 min ədəd adi sənədsiz adlı səhm buraxılışını (qeydiyyat nömrəsi - AZ1003009219) dövlət qeydiyyatına alıb.

    MBNP-dən "Report"a verilən məlumata görə, emissiya sığorta şirkətinin hazırkı səhmlərinin nominal dəyərinin 19,39 manatdan 23 manata konvertasiya yolu ilə həyata keçiriləcək. Bunun nəticəsində şirkətin nizamnamə kapitalının həcmi 18,62% artırılaraq 6 786 500 manatdan 8 050 000 manata çatdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi