"Qala Sığorta"nın yığımları 65 dəfə artıb

"Qala Sığorta"nın yığımları 65 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri isə olmayıb
Maliyyə
14 Dekabr , 2016 16:30
Qala Sığortanın yığımları 65 dəfə artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında "Qala Sığorta" ASC-nin yığımları 4 065 972 manat təşkil edib.

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,44 dəfə çoxdur.

Ötən ilin yanvar-noyabrında "Qala Sığorta" 62 133 manat sığorta haqqı toplayıb.

Bu ilin 11 ayı ərzində şirkətin ödənişləri isə olmayıb. "Qala Sığorta"da bunu sığorta hadisələrinin baş verməməsi ilə izah edirlər. Ötən ilin eyni dövründə "Qala Sığorta" 53 341 manat ödəniş edib.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi