​"Qala Sığorta"nın Direktorlar Şurasının yeni tərkibi açıqlanıb

​"Qala Sığorta"nın Direktorlar Şurasının yeni tərkibi açıqlanıb Şirkətin yeni səhmdarının işçi heyətində dəyişikliklər edəcəyi istisna deyil
Maliyyə
4 İyul , 2016 14:51
​Qala Sığortanın Direktorlar Şurasının yeni tərkibi açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının (DŞ) yeni tərkibi açıqlanıb. 

Bu barədə "Report"a Şirkətin İdarə Heyətinin sədri Viladi Maniyev məlumat verib.

Onun sözlərinə görə, "Qala Sığorta"nın yeni səhmdarı 100% "AzRe Təkrarsığorta" olduğu üçün DŞ-nın yeni tərkibinə də bu şirkətin rəhbər şəxsləri daxil edilib. Belə ki, "AzRe Təkrarsığorta"nın İdarə Heyətinin (İH) sədri Fuad Quliyev və sədr müavini Vüsal Abbasov müvafiq olaraq DŞ-nın sədri və sədr müavini təyin olunub. Onlar bu vəzifədə xarici vətəndaşlar - Maykl Yensen və Asif İqbalı əvəz ediblər.

DŞ-nın müstəqil üzvü Nərgiz Nəsrullayeva - Müdüroğlu isə vəzifəsində saxlanılıb. O, bir il bundan əvvəl ABŞ-dakı təhsili ilə əlaqədar şirkətdəki işini dondurmuşdu.

"Qala Sığorta"nın İH-də, Təftiş komissiyasında və Daxili Audit Xidmətində isə hələ ki, dəyişiklik yoxdur. Bununla belə, Şirkətin yeni səhmdarının işçi heyətində dəyişikliklər edəcəyi istisna deyil.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti "Çartis-Azərbaycan" sığorta şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6786500 manatdır. "AzRe Təkrarsığorta"dan əvvəl Şirkətin səhmləri “American International Group"a məxsus olub. 

Son xəbərlər

Orphus sistemi