"Qala Sığorta"nın aktivləri 27% artıb

"Qala Sığorta"nın aktivləri 27% artıb Bakı. 3 aprel. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,985 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat bala...
Maliyyə
3 Aprel , 2017 10:20
Qala Sığortanın aktivləri 27% artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Qala Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,985 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 26,9% çoxdur.

2016-cı ildə "Qala Sığorta"nın uzunmüddətli aktivləri 3 dəfə artaraq 783 min manat, qısamüddətli aktivləri isə 21,5% artaraq 10,202 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 37,3% artaraq 3,094 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 4,9 dəfə artaraq 1,676 mln. manat, qısamüddətli öhdəlikləri isə 26% azalaraq 1,417 mln. manat olub. Ötən il sığortaçının cəmi kapitalı 23,3% artaraq 7,891 mln. manata, nizamnamə kapitalı isə 18,6% artaraq 8,05 mln. manata çatıb.

2016-cı ildə "Qala Sığorta"nın cəmi gəlirləri 5,992 mln. manat (2015-ci ilə nisbətən 7,7 dəfə çox), cəmi xərcləri 5,739 mln. manat (6,1 dəfə çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 253 min manat olub (əvvəlki il "Qala Sığorta" maliyyə zərərinə uğrayıb).

"Qala Sığorta" ötən il əvvəlki illə müqayisədə 72,1% çox - 26 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 227 min manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi